Əlaqə Arxiv
news Image
2016.04.05
13:15
| A A A
Müdafiə Nazirliyinin feysbuk səhifəsi fəaliyyət başlayıb

Feysbuk sosial şəbəkəsindəAzərbaycan Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.
 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirliyin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər:https://www.facebook.com/www.mod.gov.az 
 

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına feysbuk sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

Sizin Reklam Yeriniz