Əlaqə Arxiv
news Image
2016.04.05
17:25
| A A A
Qaz kəsiləcək

Aprelin 6-da saat 8-dən 20-dək SOCAR-ın "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "İmişli", "Axundov", "Saatlı", "Qaracalar", "Otuzikilər" və "Əlillər" qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında, saat 10-dan 17-dək isə Siyəzən magistral qaz kəmərləri sahəsinin "Yaşma-Siyəzən" magistral qaz kəmərində cari təmir işləri aparılacaq. Təmir müddətində Saatlı və İmişli rayonlarının, həmçinin Xızı rayonunun Giləzi, Yeni Yaşma, Şurabad və Sitalçay, Siyəzən rayonunun Beşdam, Zarat, Çandahar və Qara Siyəzən kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.Movqe.az qafqazinfo-ya istinadən bildirir ki, aparılan işlərin Sabirabad rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Sizin Reklam Yeriniz