Əlaqə Arxiv
news Image
2016.04.06
11:20
| A A A
Ermənilərin vurduğu ziyan araşdırılır

"Hazırda Tərtər rayonunda nisbi sakitlik hökm sürür, insanlar normal həyatlarını davam etdirirlər".

Bu barədə AzVision.az -a açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib. İcra başçısı bildirib ki, rayonda insanların əhval-ruhiyyəsi yüksək səviyyədədir.

M.Məmmədov qeyd edib ki, ilkin araşdırmalara görə, düşmən təxribatı nəticəsində 162 evə ziyan dəyib, 22 ev isə tamamilə dağılıb: "3 nəfər mülki vətəndaş həlak olub, 6 nəfər isə qəlpə yarası alıb. Dünyasını dəyişənlərdən 2-si Tərtər, 1-i isə Gəncə sakinidir. Yaralılardan biri azyaşlı, 3 nəfər isə qadındır".

İcra başısının sözlərinə görə, təmas xəttində atəşkəs bərpa olunsa da, ötən gecə düşmən tərəfi Borsunlu istiqamətində mövqeyimizi atəşə tutub.

Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədoм isə AzVision.az-a açıqlamasında rayonda vəziyyətin tam normal olduğunu deyib. İcra başçısı məktəblərdə dərslərin bərpa olunduğu bildirib.

"Ermənilər tərəfindən sıradan çıxarılam qaz və işıq xətləri bərpa olunub. Sakinlərin yaşayışı üçün ciddi problem yoxdur. Hazırda rayona dəyən ziyan müəyyənləşdirilir"-deyə icra başçısı qeyd edib.


Füzuli rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev saytımıza bildirib ki, atəşkəs rejiminin bərpa olunmasından sonar bütün idarə, müəssisə və təşkilatlar öz fəaliyyətini davam etdirir.


"Rayon ərazisində işıq, qaz və su təchizatı bərpa edilib. Əhali gündəlik təsərrüfat işləri ilə məşğul olur. Hazırda rayon ərazisində vəziyyət normaldır.

Bildiyimiz kimi, ermənilər atdığı mərmi Alxanlı kəndində evə düşmüşdü və bir nəfər mülki şəxs yaralanmışdı. Hazırda həmin şəxsin xəstəxanada müalicəsi davam etdirilir. Müəyyən evlərə, təsərrüfat obyektlərinə ziyan dəyib və hazırda dəyən ziyan müəyyənləşdirilir".



Sizin Reklam Yeriniz