Əlaqə Arxiv
news Image
2016.04.06
12:20
| A A A
Ramiz Mehdiyevin kitabı polyak dilində çap olunub

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycanı dəyişmiş on il (2003-2013)" kitabı Polşada çap olunub.

Movqe.az-ın məlumatına görə, polyak dilində çap olunan kitabda 2003-2013-cü illərdə Azərbaycanda yürüdülən siyasət, ideologiya, iqtisadiyyat, sosial həyat, mədəniyyət və təhsil sahələrində həyata keçirilən mütərəqqi islahatlar, əldə olunan nailiyyətlər, respublikada tətbiq edilən sosial-innovativ idarəetmə mexanizmləri (ASAN xidmət) haqqında geniş məlumat verilir.

Müəllif qeyd olunan illərdə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salır, dövlətimizin başçısının təşəbbüsü və dəstəyi ilə ölkəmizdə baş verən mütərəqqi dəyişikliklər və həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlardan bəhs edir.

Kitab Polşanın Torun şəhərindəki "Adam Marşalek" Nəşriyyat Evi tərəfindən çap olunub.


Sizin Reklam Yeriniz