Əlaqə Arxiv
news Image
2016.04.06
16:00
| A A A
"Azərsu" su sayğacı üçün tender elan etdi

"İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamından irəli  gələn vəzifələrin icrasına başlanılıb. Movqe.az xəbər verir ki,  "Azərsu" Açıq Səhmdar Cəmiyyəti  əhali qrupu istehlakçılarının smart tipli suölçən cihazlarla təmin edilməsi məqsədilə tender elan edib. Sərəncama əsasən,  əhali qrupu istehlakçıların suölçən cihazlarla təmin edilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə 12 milyon manat ayrılmışdır. Tenderin şərtlərinə görə, sayğaclar Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda quraşdırılacaq. Ümumilikdə sayğaclaşma işləri 36052 həyət, 13948 bina evi üzrə aparılacaqdır. Sayğacların quraşdırılması işlərinin 2016-cı ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulmuşdur. Qeyd edək ki, tender elanının tam mətni www.azersu.az  saytının "Tender və elanlar" bölməsində yerləşdirilmişdir. İstehlakçıların smart tipli suölçən cihazlarla təmin olunması işlərinə 2012-ci ildən başlanmışdır. 01 aprel 2016-cı il tarixə olan məlumata görə  "Azərsu" ASC tərəfindən 417550 smart sayğac  quraşdırılmışdır. Quraşdırılmış sayğacların 381381 ədədi əhali, 36169 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Ötən müddətdə Bakı şəhəri və Abşeron yarımadasında 244997, regionlarda isə  172553 ədəd smart sayğac quraşdırılıbdır.  


Sizin Reklam Yeriniz