Əlaqə Arxiv
news Image
2016.04.07
12:52
| A A A
General-mayor: Düşmən tərəfindən sanitar tibb maşını atəşə tutulub

Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə tərəflərin əldə etdiyi razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif istiqamətlərdə mövqelərimiz və yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, aprelin 7-də cəbhənin Ağdərə-Goranboy istiqamətində düşmən tərəfindən atəşkəsin növbəti dəfə pozulması nəticəsində yaralanan və xəsarət alan mülki əhalini təxliyyə edən sanitar tibb maşını atəşə tutulub.


Hadisə nəticəsində sanitar maşına ciddi ziyan dəysə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Ermənilər tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir.

Sizin Reklam Yeriniz