Əlaqə Arxiv
news Image
2016.04.07
14:52
| A A A
Suraxanı rayonunda əhalinin tibbi müayinə tədbirləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin pulsuz tibbi müayinəsi Suraxanı rayonunda uğurla davam etdirilir.Suraxanı rayonunda tibbi müayinənin aparıldığı səhiyyə müəssisələrindən biri də 23 nömrəli Şəhər Poliklinikasıdır. Poliklinikanın baş həkimi Şərəbanı Yusifzadə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkə əhalisinin sağlamlığı məsələlərini hər zaman diqqət mərkəzində saxlayır. Dövlət başçısının imzaladığı Dövlət Proqramlarına, sərəncam və tapşırıqlarına əsasən ölkə üzrə müxtəlif profilli yeni səhiyyə müəssisələrinin tikintisi, mövcud tibb ocaqlarının yüksək standartlara cavab verə biləcək səviyyədə təmir olunması, yenidənqurulması, bu müəssisələrin müasir tibb avadanlıqları ilə təchizatı məsələləri daim diqqət mərkəzindədir. Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən 23 nömrəli Şəhər Poliklinikası da 2014-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinəsinin keçirilməsi ilə bağlı tapşırığını yerinə yetirmək üçün poliklinika tam hazır vəziyyətə gətirilib. İllərlə həkimə gəlməyənlər indi müayinələrə cəlb olunurlar. Müayinələrin əsas məqsədi xəstəliklərin erkən aşkarlanmasıdır. Əhalinin müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. Sakinlər ilk olaraq terapevt tərəfindən müayinə olunurlar, sonra isə ehtiyaca uyğun olaraq onları cərrah, oftalmoloq, ginekoloq, nevropatoloq, stomatoloq və sair ixtisaslı həkimlər müayinə edirlər. 23 nömrəli Şəhər Poliklinikası 31300 nəfər böyük əhaliyəvə xidmət edir. Poliklinikaya gələn vətəndaşlar ümumi və biokimyəvi, kardioqramm, ultrasəs və digər müayinələrdən keçirlər. 07 aprel 2016-cı il tarixədək 12705 nəfər vətəndaş tibbi müayinədən keçib. Bunlardan 802 nəfəri rentgen, 556 nəfəri laboratoriya, 929 nəfəri USM və 408 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən vətəndaşların 378 nəfərində müxtəlif xəstəliklər aşkar olunub, 48 nəfəri stasionar müalicəyə cəlb olunub və 330 nəfər Bakı şəhərinin müxtəlif tibb müəssisələrinə göndərilib. Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür. Eyni zamanda 23 nömrəli Şəhər Poliklinikasında işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən yaşlı və əlil insanlara evlərində tibbi xidmət göstərirlər. Eyni zamanda qrafik əsasında idarə və təşkilatların əməkdaşları da müayinə olunurlar. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir. Bugünkü aksiya onu göstərir ki, əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir.23 nömrəli ŞP-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirən Hövsan qəsəbə sakini Hacəli Məlikov vətədaşların sağlamlığının qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısına minnətdarlığını bildirdi.Hövsan qəsəbə sakini Sevda Vəzirova bildirdi ki, bütün müayinələrdən keçdim. Həkimlər və tibb bacıları məni mehribanlıqla qarşıladılar. Belə şəraiti bizə yaratdığına görə möhtərəm Prezidentimizə minnətdarlığımızı bildiririk.Məlumat üçün bildiririk ki, Suraxanı rayonunun 214400 nəfər əhalisinin və rayonda məskunlaşmış 20 mindən yuxarı məcburi köçkünün tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisələrində tibbi müayinədən keçir. Sakinlərin tibbi müayinəsinin yüksək səviyyədə, operativ və mütəşəkkil təşkili məqsədi ilə rayon İcra Hakimiyyəti başçısının 03 fevral 2016-cı il tarixli 13 saylı Sərəncamı ilə rayon İcra Hakimiyyətində komissiya yaradılmış, rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədənkeçmə qrafiki tərtib olunmuşdur. Qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi keçirilir.

07 aprel 2016-cı il tarixədək Suraxanı rayonunda 92 minə yaxın vətəndaş və 119-dan çox kollektiv tibbi müayinədən keçib. 3457 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb 132 nəfər stasionar müalicəyə və 152 nəfər müayinə və müalicə olunmasıüçün Bakı şəhərinin müxtəlif xəstəxanalarına göndərilmişdir.Rayonda əhalinin tibbi müayinə tədbirləri davam etdirilir.

Sizin Reklam Yeriniz