Əlaqə Arxiv
news Image
2016.04.07
16:43
| A A A
Ermənilər ordumuz qarşısında diz çokdü...

Artıq üç günüdür ki, cəbhədə yaranmış vəziyyətlə bağlı prezidentin saytına məktub yazan, müharibəyə getmək istədiyini bəyan edənlərin ardı-arası kəsilmir. Onlar bunun üçün Ali Baş Komandandan əmr gözlədiyini bildirirlər. Müraciətdə həmin şəxslər ölkə başçısının ətrafında sıx birləşərək torpaqlarımızı azad etməyə hazır olduqlarını qeyd edirlər. Ordumuzun cəbhədə erməni təxribatının qarşısını almaq üçün düşmənə verdiyi layiqli cavab demək olar ki, xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər kəs işğalda olan torpaqlarımıza nəzarəti bərpa etməyin vaxtı çatdığını düşünür, bunun üçün son damla qanlarından belə keçməyə hazır olduqlarını bəyan edir. Azərbaycan xalqının döyüş ruhunda olduğunu sosial şəbəkələrdəki paylaşımlardan  hiss etmək mümkündür. Hətta şəhid valideynlərinin belə bu dönəmdə başını dik tutması, ağır gündə övladlarını Vətən üçün  yetişdiklərini söyləməsi Azərbaycan xalqının necə mətin olduğunu, bu günü çoxdan gözlədiyini göstərir. Düşmən tərəfdə vəziyyət isə Azərbaycanla müqayisəyə gəlinməz həddədir. Ordumuzun işğalda olan bir neçə yüksəkliklərimizə nəzarəti bərpa etməsi torpaqlarımızı zəbt edib orada müvəqqəti məskunlaşan erməniləri təşvişə salıb. Sosial şəbəkələrdə aktiv olan ermənilərin işğal altında olan torpaqlarımızdan çəkdikləri video və fotolar göstərir ki, həmin ərazilərin çoxu artıq boş qalıb. Hətta bu gün  Əsgəran rayonunda yaşayan ermənilərlə polis qüvvələri arasında toqquşma da baş verib. Bu barədə məlumatı işğal olunmuş Azərbaycan ərazisində yaşayan ermənilər sosial şəbəkələrdə yazıb. Məlumatlarda bildirilir ki, Əsgəranda yaşayan ermənilər rayondan çıxıb, meşə yollarla Xankəndinə getmək istəyiblər. Hüquq-mühafizə orqanları isə əhalini rayondan çıxmağa qoymayıb. Nəticədə polislərlə sakinlər arasında şiddətli toqquşma baş verib. Hazırda Xankəndinin giriş-çıxışında da postlar qurulub və ermənilərə rayonu tərk eləməyə icazə verilmir. 


Millət vəkilləri isə yaranmış bu vəziyyətin bizi doğma torpaqlarımıza qovuşmağa daha yaxın etdiyini söyləyirlər. Millət vəkili Movqe.az- açıqlamasında  Sahib Alıyev deyir ki, erməni seperatçıları işğal etdikləri Dağlıq Qarabağa və onun ətraf rayonlarına yerləşdirdikləri mülki vətəndaşlarını öz girovlarına çeviriblər: "Həmin ərazilərdə məcburi məskunlaşdırılan ermənilər təşviş içərisindədirlər. Onlar özləri artıq anlamağa başlayıblar ki, o torpaqlarda daimi yaşaya bilməzlər. Hətta ermənilər arasında son günlər narazılıqlar belə baş qaldırıb. Erməni xalqı belə fikirlər səsləndirir ki, "nə üçün biz, bizim olmayan torpaqlar uğrunda ölüməliyik?". Bu cür təpgilər son vaxtlar artmağa başlayıb.Yəni, olar özləri də anlayır ki, döyüşmək üçün bir amalları, məqsədləri yoxdur. Azərbaycan ordusu, əsgəri isə əksinə,  nə üçün, kimin üçün döyüşdüyünü yaxşı bilir. Biz bilirik ki, işğalda olan ərazilər, uğrunda döyüşdüyümüz torpaqlar bizim dədə-baba yurdumuzdur. Azərbaycan hərbiçisi bunun uğrunda canından keçməyə hazırdı. Erməni əsgəri isə yaxşı bilir ki, bu torpaq onun deyil, uğrunda canını fəda edəcəyi bir müqəddəs amalı yoxdur. Bunu öz içində anlayır və bu psixoloji olaraq erməni ordusundakı əsgərlərə təsir edir. Onlar Azərbaycan ordusunun cavab atəşindən sonra postlarını qoyaraq qaçmağa üstünlük verirlər. O torpaqlar bizim dədə-baba torpaqlarımız olduğundan, Azərbaycan əsgərində, xalqında isə əksinə böyük ruh yüksəkliyi var. Əgər düşmənin havadarı olmasa bizim ordumuzun gücü bir aya işğal olunmuş torpaqlarımıza nəzarəti bərpa etməyə kifayət edər. Hələki ermənilərin havadarları onlara dolayı yolla dəstək göstərirlər. Amma proseslər belə davam etməyə də bilər. Ola bilər ki, havadarları ermənilərə Azərbaycanla təkbaşına vuruşduqda hansı gücə malik olduğunu xatırlatmaq istəyir. Bununla, proseslərə müdaxilə etməməklə öz güclərini də hiss etdirmiş olurlar. Çünki, zaman-zaman olub ki, erməni tərəfi öz havadarlarına da "dirsək göstərib". Amma posesləri qabaqlamaq da olmaz. Müharibədə hər şey həmişə hamar getmir. Ermənilərin arxasında hansı gücün dayandığı bəllidir. Bununla belə, Azərbaycan xalqında, Azərbaycan ordusunda böyük ruh yüksəkliyi var. Bu,uzun müddətdir qlobal haqsızlığa məruz qalan xalqın içində olan intiqam hissidir. Bu hiss bizi sonadək mübarizə aparmağa, canı, qanı bahasına öz torpaqlarımıza, orada bizi gözləyən babalarımızın ruhuna qovuşmağa səsləyir. Bu ruhu biz şəhid atasında da gördük. Tərtərdə şəhidimizin dəfnində bir daha şahid olduq ki, bu ruh bizim içimizdədir. Əks halda, bu Vətən üçün yeganə övladını şəhid verən ata da, "18 yaşıma qədər mənim oğlum idi, 18 yaşdan sonra Vətənin" deməzdi.  Bu sözü orduda, oğlunu itirən erməni əsgərinin atası deyə bilməz! Ona görə yox ki, biz azərbaycanlıyıq, ona görə ki, biz haqlı tərəfik. Ermənilər də artıq bizim haqlı tərəf olduğumuzu anlamağa başlayıblar, hətta deyərdim ki, anlayırlar..."


Millət vəkili Fazil Mustafa isə Movqe.az-a açıqlamasıda deyib ki, hazırda Azərbaycan xalqının səfərbərlik ruhu yüksəkdir: "Ermənilər artıq onların olmayan torpaqlarda uzun müddət yaşaya bilməyəcəklərini başa düşürlər. Azərbaycan ordusunun irəliləməsi, işğalda olan ərazilərimizdə nəzarəti bərpa etməsi erməniləri qorxudub. Xalqımız şəhidlər versə də, başını dik tutur. Bunu biz şəhidlərin dəfn prosesində də gördük. Erməni ordusu ilə müqayisədə bizdə döyüş ruhu var. Çünki, biz bizə məxsus olan torpaqlarımız uğrunda döyüşürük. Ermənilər də o torpaqlarda uzun müddət yaşamayacaqlarını bilirdilər. Və buna görə də, çoxu Qarabağı tərk edirdi. İndiki vəziyyətdə isə bu proses sürətlənib. Onlar o torpaqlarda yalnız bizim yaşamağa mənəvi haqqımızın olduğunu bilirlər. Buna görə də artıq torpaqlarımızdan uzaqlaşmaq yolunu seçiblər. Bütün bunlar bir daha işğalda olan torpaqlarda yaşamaq haqqının Azərbaycan xalqında olduğunu təsdiqləyir".

Sizin Reklam Yeriniz