Əlaqə Arxiv
news Image
2016.04.07
17:20
| A A A
Əbülfəs Qarayev: Azərbaycanda yerləşdirmə obyektlərinin sayı yetərli deyil

Azərbaycanda yerləşdirmə obyektlərinin sayı yetərli deyil. Movqe.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib.Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda hotellərin sayı çoxalıb. Hazırda ölkədə 570 yerləşdirmə obyekti var: "Ancaq hesab edirəm ki, bu, yetərli deyil. Çünki axınlar çoxalır. Biz müşahidə etdik ki, son ildə Azərbaycan gələn turistlərin böyük qismi evlərdə, kəndlərdə qalır. Azərbaycanın paytaxt sakinləri də kəndlərə gedərək evlərdə istirahət edirlər. Bizim indi bununla bağlı xüsusi proqramımız var. Biz indi həmin sakinlərə xidmət göstərən ev sahiblərinə xüsusi təlim keçir, onlar üçün şərtləri müəyyənləşdiririk. Bu xidmətləri keyfiyyətli və təhlükəsiz göstərmək üçün onlara lazımi bilik veririk. Hesab edirəm ki, bu, çox təqdirəlayiqdir". Nazir bildirib ki, Azərbaycanda 10 günlük istirahət təxminən 250 manata başa gəlir. Bunu çox normal qiymət sayan Ə.Qarayev bu qiyməti də Azərbaycanda turizm sahəsində yaranan böyük rəqabətin nəticəsi kimi qiymətləndirib.

Sizin Reklam Yeriniz