Əlaqə Arxiv
news Image
2016.04.08
10:15
| A A A
Lələtəpədə “Qarabağ şikəstəsi” - VİDEO

Xanəndə Qoçaq Əsgərov və müğənni Elnur Məmmədov Azərbaycan ordusunun işğaldan azad etdiyi strateji yüksəklik-Lələ-Təpəyə (Lalə-Təpə) səfər ediblər. Movqe.az xəbər verir ki, Qoçaq Əsgərov gecce.az-a bildirib ki, bu səfəri ərazi ermənilərdən azad edilən gündən bəri gerçəkləşdirməyi düşünüblər. Lakin döyüş getdiyindən bu, ötən gün mümkün olub. "Lələ-Təpəyə ilk gedən mülkü vətəndaş və sənətçi bizik. Əsgərlər bizi görüb əhval-ruhiyyələri daha da yüksəldi. Onlarla birlikdə Azərbaycanımızı tərənnüm edən mahnılar oxuduq. Şəkillər çəkdirdik. Ermənilərlə bizim aramızdakı məsafə 1 km-dən az olardı. Mən ən yüksək nöqtədə dayanıb "Qarabağ" şikəstəsini oxudum. Ermənilər hər an atəş aça bilərdi. Amma risk etdim, axıra kimi oxudum. Əsgərlərdən bir neçəsi bizimlə çəkdirdiyi şəkilləri ailələrinə çatdırmağımızı istədi. Onlarla keçirdiyimiz həmin saatlar ömrümüzə yazıldı. İnşallah digər torpaqlarımız işğaldan azad olunsun, onun da qələbə sevincin belə yaşayaq".



Sizin Reklam Yeriniz