Əlaqə Arxiv
news Image
2016.04.08
12:18
| A A A
ƏƏSMN-də Avropa Komitəsinin nümayəndə heyəti ilə görüş olub

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan İşgəncənin və Qeyri-insani və ya Ləyaqəti Alçadan Rəftarın və ya Cəzanın Qarşısının Alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ilə görüş olub.Bu barədə Movqe.az-aNazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov insan hüquqlarının və əsas azadlıqların qorunması ilə bağlı ümumbəşəri dəyərlərin ölkəmizdə daim yüksək tutulduğunu qeyd edib.Nazir vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin respublikanın hərtərəfli və uzunmüddətli inkişafını təmin edən siyasi kursunda insan amili, ölkə vətəndaşının layiqli rifah səviyyəsinin, təhlükəsiz həyatının təmini ön planda dayanır. Aparılan siyasət eyni zamanda hər hansı fərdin işgəncələrdən, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzadan qorunması üçün əsaslı təminat verir: "Azərbaycan 2001-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul olunduqdan az sonra, elə həmin il ölkəmizdə "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konvensiyasının, onun 1 və 2 saylı Protokollarının təsdiq edilməsi barədə qanun qəbul edilib. Ölkəmizin qoşulduğu bütün beynəlxalq Konvensiyalar kimi, bu Konvensiyadan irəli gələn öhdəliklərin icrası da daim diqqətdə saxlanılır".S.Müslümov qeyd olunan sahədə Azərbaycanda mövcud vəziyyətin öyrənilməsi üçün Komitənin nümayəndələrinin mütəmadi olaraq ölkəmizə səfərləri zamanı onlara müvafiq sosial xidmət müəssisələrinə də baş çəkmələri üçün lazımi şərait yaradıldığını xatırladıb: "Hazırda nazirliyin tabeliyindəki sosial xidmət müəssisələrində yaşayan 1053 nəfərdən 526 nəfəri ruhi-əsəb əlili, 316 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır. Son illərdə digər sosial xidmət müəssisələri kimi, həmin insanların yaşadıqları müəssisələrdə də müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraitinin yaradılması üçün müvafiq işlər aparılıb. Onların qida, geyim, tibbi və reabilitasiya xidmətləri ilə təminatı işi də daim gücləndirilir. Bu insanlara qarşı qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar hallarına qətiyyən yol verilə bilməz, əksinə, onlara daim diqqət və qayğı ilə yanaşılması, həssas, mehriban münasibət göstərilməsi bizim fəaliyyətimizdə əsas prinsiplərdən biridir".Komitənin nümayəndə heyətinin üzvləri işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması sahəsində respublikamızda mövcud olan vəziyyətin öyrənilməsi, həmçinin bu məqsədlə sosial xidmət müəsissələrinə baş çəkmələri üçün onlara lazımi imkan yaradılmasından məmnunluqlarını bildiriblər. Eyni zamanda, nazirliyin psixonevroloji sosial xidmət müəssisələri ilə bağlı təəssüratlarını bölüşüblər.Görüşdə mövzu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sizin Reklam Yeriniz