Əlaqə Arxiv
news Image
2016.04.08
13:23
| A A A
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində könüllü qanvermə aksiyası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) könüllü qanvermə aksiyası keçirilib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən əmlumata görə, Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Aksiya Nazirliyin Aparatının və struktur bölmələrinin əməkdaşlarının yüksək fəallığı şəraitində keçib.Bildirilib ki, belə nəcib tədbirlər ölkədə qan ehtiyatının daha da artırılmasına yönəlib. Bu aksiya eyni zamanda yaz mövsümü ilə əlaqədar qan xəstəliklərinin özünü göstərməsi ilə bağlı belə xəstəliklərdən, həmçinin hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan nəcib tədbirlərin davamıdır.Aksiya zamanı ümumilikdə 400-ə yaxın əməkdaşdan qan götürülüb.Qeyd edilib ki, hazırda götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.

Sizin Reklam Yeriniz