Əlaqə Arxiv
news Image
2016.04.08
20:30
| A A A
"Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

16 aprel tarixində IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatının birgə həyata keçirdiyi "Uşaqlar üçün laboratoriya" layihəsi çərçivəsində "Yer günü"nə həsr olunmuş təlim keçiriləcək.


IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, laboratoriya zamanı planetimizin heyrətamiz gözəlliyi və onun mühafizəsi ilə bağlı qısametrajlı filmlər nümayiş olunacaq. "Kiçik ekoloqlara", ətraf mühiti qorumağın sirləri, o cümlədən gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan vacib addımlar öyrədiləcək.


Daha sonra uşaqlar tullantılardan kiçik incəsənət nümunələri hazırlamaq, öz kiçik planetlərini yaratmaq, təmiz su və təmiz hava ilə bağlı interaktiv oyunlarda iştirak etmək imkanı əldə edəcəklər.


Aprel laboratoriyası uşaqlarda ətraf mühitin qorunmasının və onun gələcək nəsilllərə sağlam ötürülməsinin vacibliyi haqqında biliklər qazandıracaq, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə verəcək.


IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan "Uşaqlar üçün ekoloji laboratoriya"da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.



Sizin Reklam Yeriniz