Əlaqə Arxiv
news Image
2012.12.04
11:00
| A A A
Xəzərdə itkin düşmüş dörd balıqçı xilas edilib

Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 balıqçının yeri müəyyən olunub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, onlardan biri xilas edilərək FHN-in Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digər 3 nəfər helikoperin göyərtəsinə qalxmaqdan imtina edib. Onlar Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə Xidmətinin əməkdaşları tərəfindən xilas edilib, qayıq isə yedəyə alınıb.

Məlum olub ki, qayıq yanacaq bitdiyi üçün dənizdə qalıb.

Qeyd edək ki, balıqçılar dekabrın 2-də səhər saatlarında dənizə çıxıblar.

Sizin Reklam Yeriniz