Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyinin inzibati binasında 10 aprel - İnşaatçılar Günü
münasibətilə tədbir keçirilib.FHN-in mətbuat xidmətindən Movqe.az-a
verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider
Heydər Əliyevin büstünün önünə gül dəstələri
qoyublar.FHN-in işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı
ilə keçirilən tədbirin iştirakçıları aprelin 1-dən 2-nə keçən gecə
Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi növbəti
hərbi təxribatın qarşısının alınması zaman torpaqlarımızın
müdafiəsi və işğaldan azad olunması uğrunda hərbi əməliyyatlarda
şəhid olmuş qəhrəman hərbçilərimizin və dinc sakinlərimizin
ruhlarını bir dəqiqəlik sükutla yad ediblər.Tədbiri açıq elan edən
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri
Mehman İsmayılov Azərbaycan inşaatçılarının fədakar əməyindən söz
açaraq onların fəaliyyətini yüksək qiymətləndirib, ölkə ərazisində
aparılan tikinti-quruculuq işlərinə Fövqəladə Hallar Nazirliyinin
sözügedən sahədə çalışan əməkdaşlarının da xüsusi töhfə
verdiklərini vurğulayaraq onları peşə bayramı münasibəti ilə təbrik
edib.Toplantıda çıxış edən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət
Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, hər il ölkə
inşaatçılarının peşə bayramının təntənəli şəraitdə qeyd olunması
dövlət başçısı İlham Əliyevin tikinti sektorunun inkişafına, bu
sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə
qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir. O,
agentliyin fəaliyyəti barədə məlumat verərək qeyd edib ki,
rəhbərlik etdiyi qurum yaradıldığı gündən ötən 10 il ərzində çox
böyük yol keçib. Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikinti təhlükəsizliyi
normalarına riayət olunması üçün qanunvericiliklə üzərinə düşən
vəzifənin icrasından ötrü bütün zəruri addımları atıb. Hazırda da
bu sahə ilə bağlı qabaqcıl dünya təcrübəsi öyrənilərək tətbiq
olunur, son texnoloji yeniliklərdən istifadə edilir.Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Cavanşir
Alxasov isə ölkəmizin böyük tikini meydançasına çevrildiyini
xatırladaraq aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri
nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini
vurğulayıb, bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumlarının
da böyük payı olduğunu diqqətə çatdırıb. Təbii fəlakətlər
nəticəsində ziyan çəkmiş fərdi və sosial obyektlərin tikintisi və
bərpası işində FHN-in gördüyü əsaslı işləri də diqqətə çatdıran C.
Alxasov Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin bu gün
üçün deyil, gələcək üçün də möhkəm özüllər qoyduğunu bildirib. C.
Alxasov tədbir iştirakçılarına uğurlar arzulayaraq onları peşə
bayramı münasibətilə təbrik edib.Tədbirdə çıxış edən Agentliyin
əməkdaşları da hər il aprelin 10-nun ölkədə "İnşaatçılar günü" kimi
bayram edilməsini Azərbaycan prezidentinin bütövlükdə tikinti
kompleksi işçilərinin - inşaatçı, memar və layihəçilərin əməyinə
verdiyi yüksək dəyər kimi qiymətləndiriblər.Tədbirdə "İnşaatçılar
Günü" münasibətilə Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqının İcraiyyə Komitəsi tərəfindən Fövqəladə Hallar Nazirliyi
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində, Agentliyin
müəssisələrində və Əsaslı Tikinti İdarəsində çalışan yubiley
yaşları tamam olan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə
xüsusilə fərqlənmiş 62 əməkdaşa fəxri fərman və qiymətli hədiyyələr
təqdim edilib. Bundan əlavə, adıçəkilən qurumların 4 əməkdaşı
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəxri
fərmanları ilə təltif ediliblər.