Əlaqə Arxiv
news Image
2016.04.09
19:00
| A A A
BDU-nun sabiq prorektoru vəfat etdi - FOTO

Bakı Dövlət Universitetinin (BDU) müəllimi dünyasını dəyişib.Movqe.az report-a istinadən bildirir ki, fizika-riyaziyyat elmləri namizədi, BDU-nun Maddə quruluşu kafedrasının professoru, Fakültə Tədris-Metodiki Şuranın Sədri Məmmədov Məmməd Şıxəli oğlu 82 yaşında vəfat edib.Qeyd edək ki, M.Məmmədov 1934-cü ilin mart ayının 15-də Naxçıvan MR-nın Culfa şəhərində anadan olub. 1954-cü ildə orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub. 1959-cu ildə BDU-nu bitirdikdən sonra Milli EA-nın Fizika institutunda əmək fəaliyyətinə başlayıb, 1960-cı ildə aspiranturaya qəbul olunaraq Moskva və Xarkov şəhərlərinə ezamiyyə olunub. 1966-cı ildə müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adını almış. 1971-ci ildə dosent, 1991-ci ildə professor elmi adını alıb.1967-ci ildən BDU-da müxtəlif vəzifələrdə işləyib: 1982-1984 illərdə BDU-da xarici əlaqələr üzrə prorektor, 1984-1989-cu illərdə axşam və qiyabi təhsil üzrə prorektor. 1986-cı ildə "Şərəf" nişanı ordeni, 2000-ci ildə "Əməkdar müəllim" adı ilə təltif olunub.

Sizin Reklam Yeriniz