Əlaqə Arxiv
news Image
2016.04.10
21:30
| A A A
Həftənin birinci gününə hava proqnozu

Aprelin 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, axşam və gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Gecə 7-9°, gündüz 13-17° isti olacaq.


Azərbaycanın rayonlarında aprelin 10-da bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 5-10, gündüz 14-19, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz