Əlaqə Arxiv
news Image
2016.04.11
10:50
| A A A
DGK-nin daha dörd xidməti elektronlaşdırılıb

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə  daha 4 xidmət elektronlaşdıraraq "Elektron hökumət" portalına inteqrasiya edilib.

 

Portaldan Movqe.az-a verilən məlumata görə, bununla da komitənin "Elektron hökumət" portalı üzərindən göstərdiyi elektron xidmətlərin sayı 13-ə çatdırılıb.

 

İstifadəçilərin ixtiyarına verilən xidmətlər aşağıdakılardır:

 

- "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi"(Elektron)

 

- "Elektron gömrük bəyannaməsinin aktivləşdirilməsi"(Kart)

 

- "Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron gömrük     bəyannaməsinin qəbulu"

 

- "Elektron Gömrük Bəyannaməsi haqqında məlumatların əldə edilməsi"

 

Qeyd edək ki, bununla da "Elektron hökumət" portalındakı elektron xidmətlərin sayı 424-ə çatdırılıb.

Sizin Reklam Yeriniz