Əlaqə Arxiv
news Image
2016.04.11
11:30
| A A A
Polşada yaşayan azərbaycanlılar Varşavada Ermənistan səfirliyi önündə aksiya keçiriblər

Polşada yaşayan azərbaycanlılar tərəfindən bu ölkənin paytaxtı Varşava şəhərində Ermənistan Respublikasının səfirliyi önündə aksiya keçirilib.

 

Movqe.az xəbər verir ki, Varşava Dövlət  Universitetinin tələbəsi  Ramal Məmmədlinin apa-ya verdiyi məlumata görə, aksiya zamanı iştirakçılar tərəfindən "İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından çıx!", "Şəhidlər ölməz, Vvətən bölünməz!", "Terrorizmə qarşı olan savaşda Azərbaycanın yanında olun!" kimi şüarlar və Azərbaycan Respublikasının Dövlət himni səsləndirilİb.

 

Aksiyada iştirak etmək məqsədi ilə Polşanın Vrotslav, Lodz, Krakov və digər şəhərlərindən azərbaycanlılar Varşava şəhərinə gəlib.

 

Keçirilən aksiyanın məqsədi düşmənə, azərbaycanlı gənclərin Qarabağ probleminin sülh yolu ilə həll edilməsinin tərəfdarı olduqlarını göstərmək, eyni zamanda azərbaycanlı gənclərin Qarabağ müharibəsi başlayarsa vətənə qayıdaraq, ordu sıralarına qatılmağa hər an hazır olduğunu göstərməkdən ibarət olub.

 

Aksiyada 50 nəfərdən çox azərbaycanlı iştirak etmişdir və aksiya heç bir insident yaşanmadan başa çatıb.

 

Sizin Reklam Yeriniz