Əlaqə Arxiv
news Image
2016.04.11
14:06
| A A A
Ermənilər itkilərin daha bir hissəsini açıqladı

Erməni tərəfi Dağlıq Qarabağda gedən döyüşlərdə verdiyi itkilərin sayını açıqlamaqda davam edir.

 

Movqe.az-ın apa-ya istinadən məlumatına görə, qondarma "DQR" müdafiə nazirliyindən RİA "Novosti"yə bildiriblər ki, döyüş zamanı 56 erməni hərbçi ölüb.

 

"Aprelin 7-nə olan məlumata görə, itkilərimiz 36 nəfər idi. Ötən günlərdə daha 20 meyit tapılıb, yaxud da Azərbaycan tərəfindən bizə təhvil verilib. Beləliklə, ölənlərin sayı 56 nəfərə çatıb", - deyə qondarma rejimin müdafiə nazirliyindən qeyd ediblər.

 

Həmçinin bir erməni hərbçinin hələ də itkin düşmüş hesab edildiyi açıqlanıb

Sizin Reklam Yeriniz