Əlaqə Arxiv
news Image
2016.04.11
15:15
| A A A
Sabah hava necə olacaq ?

Aprelin 12-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.


Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 14-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.


Sabah Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, duman olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.


Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz