Əlaqə Arxiv
news Image
2016.04.11
17:00
| A A A
Dövlət Miqrasiya Xidməti Qusarda maarifləndirmə tədbiri keçirib

Dövlət Miqrasiya Xidməti Qusarda maarifləndirmə tədbiri keçirib və səyyar xidmət göstərib.Xidmətdən Movqe.az-a  verilən məlumata görə, miqrasiya sahəsindəki yeniliklərlə, qanunvericilikdəki dəyişikliklərlə bağlı təşkil olunmuş maarifləndirmə tədbirində Xaçmaz regional miqrasiya idarəsinin və Xidmətin aparatının səlahiyyətli nümayəndələri çıxış ediblər.Bildirilib ki, Xidmәtin fəaliyyətində ictimaiyyətin maarifləndirilməsinə xüsusi yer ayırılır. Mәqsәd istәr Azәrbaycan vәtәndaşlarının, istәrsә dә әcnәbilәrin vә ya vәtәndaşlığı olmayan şәxslәrin rahatlığını tәmin etmәk, suallarını birbaşa yerindәcә cavablandırmaq, әgәr problemlәri varsa dәrhal hәll etmәkdir.Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi sahəsində bir sıra ciddi addımlar atılır, əsaslı tədbirlər həyata keçirilir. 2016-cı ilin Azərbaycanda multikultiralizm ili elan edilməsi dövlətimizin nə qədər tolerant, dözümlülük prinsipləri əsasında idarə edildiyinin daha bir nümunəsidir.Mәlum olduğu kimi, miqrant daimi vә ya mәqsәdindәn asılı olaraq müvәqqәti yaşamaq üçün ölkә daxilindә vә ya bir ölkәdәn digәr ölkәyә miqrasiya edәn şәxsdir. Miqrantlar iki kateqoriyaya ayrılır: miqrasiya etdiyi tәyinat ölkәsinin qanunvericiliyinә uyğun olaraq hәmin ölkәyә gәlmә vә ölkәdәn getmә, orda olma, yaşama vә bundan irәli gәlәn digәr qaydalara әmәl edәn әcnәbi vә vәtәndaşlığı olmayan şәxslәr qanuni miqrantlardır; eyni zamanda, hәmin tәlәblәrdәn әn azı birinә әmәl etmәyәnlәr isә qanunsuz miqrantlar sayılır.Tәnzimlәnmәyәn miqrasiya proseslәrinin mәnfi tәsirinin qarşısının alınması çox ciddi məsələdir. Çünki, miqrasiya siyasəti ölkənin təhlükəsizliyinə birbaşa təsir edən amillərdəndir. Bu istiqamətdə də Dövlət Miqrasiya Xidməti tərəfindən insan vә vәtәndaş hüquq vә azadlıqlarına hörmәt, qanunçuluq vә humanizm prinsiplәri әsas götürülmәklə lazımı tədbirlər müvəffəqiyyətlə həyat keçirilir.Azərbaycanda miqrasiya proseslərinin yüksək səviyyədə idarə olunması, miqrantların hüquqlarının müdafiəsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.Qloballaşan dünyada bәzi dövlәtlәr intellektual vә әmәk potensialından istifadә edilmәsi üçün әsasәn ixtisaslı mütәxәssislәrin ölkәlәrinә cәlb olunmasında, miqrasiyasında çox maraqlıdır. Amma bu gün məcburi miqranta - qaçqın və köçkünə çevrilənlər daha çoxdur.Qeyd olunub ki, Ermənistanın Azərbaycan təcavüzü nəticəsində ölkəmiz hələ müstəqilliyinin ilk illərindən böyük miqrasiya problemi ilə üzləşib. 9,7 milyona yaxın əhalisi olan Azərbaycan adambaşına düşən məcburi köçkün sayına görə dünyada ən böyük didərgin yükünə sahib ölkələrdən biridir. Azərbaycan hökuməti öz doğma yerlərini tərk etməyə məcbur olmuş insanların problemlərini əsasən öz üzərinə götürüb. İyirmi ildən çox müddət ərzində 250 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni salınmış 94 müasir qəsəbəyə köçürülüb. Doğrudur, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad ediləcəyi gün o qədər də uzaqda deyil. Düşmənə endirilən sonuncu zərbə də Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərdi.Təəssüf hissi ilə diqqətə çatdırılıb ki, hazırda Avropa xarici müdaxilə nəticəsində Yaxın Şərqdə baş verən münaqişələrə görə pənah aparan 600-700 min qaçqının əlində aciz qalıb, hansı qərarı qəbul etmək barədə çətinlik çəkir. Həmin qaçqınlar o ölkələrdə çox ciddi problemlərlə üzləşir, bütün hüquqları tamam pozulur.Görüşdə 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri haqqında da məlumat verilib. Qeyd olunub ki, bu gün Azərbaycana təşrif buyuran əcnəbilərin ilk müraciət etdiyi qurumlardan biri Dövlət Miqrasiya Xidmətidir. Ölkədə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı müraciət qaydaları, xarici vətəndaşın qeydiyyata düşdüyü ünvanda yaşamadığına görə yaranan inzibati məsuliyyət bir daha izah olunub.Görüşdə vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülən işlərdən, regionlarda keçirilmiş çoxsaylı tədbirlərin konkret nəticələrindən danışılıb. Ümumiyyətli, belə hallarla üzləşən şəxslərin mütləq Dövlət Miqrasiya Xidmətinə və ya regional miqrasiya idarələrinə müraciət etmələrinin vacibliyi əsaslandırılıb.Təhsil ocaqları və yerli icra strukturları rəhbərlərinin nəzərlərinə çatdırılıb ki, ölkədə müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri olmayan əcnəbi şagirdlərin müvafiq sənədləşmə işləri ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciətlərinin tezləşdirilməsi üçün köməklik göstərsinlər. Dərs ilinin bitməsinə az vaxt qalır və həmin şagirdlər müvafiq dövlət qurumları tərəfindən imtahanlara buraxılması üçün Dövlət Miqrasiya Xidmətindən respublikada müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən vəsiqə almalıdırlar. Doğrudur belə şəxslərin vaxtında sənədləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Amma, bu məsələyə laqeyid yanaşan, övladının sənədləşdirilməsi üçün müraciət etməyənlər də olur.Tədbirdə ölkәdә miqrasiya sahәsindә hәyata keçirilәn proseslәrdә ictimaiyyәtin fәallığının artırılması, bu sahәdә qeyri-hökumәt tәşkilatları ilә qarşılıqlı fәaliyyәtin dәrinlәşdirilmәsi mәqsәdilә Dövlәt Miqrasiya Xidmәti yanında İctimai Şuranın, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsini, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədi ilə "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə, yaradılan Dövlət Miqrasiya Xidmətinin Apellyasiya Şurasının fəaliyyəti barədə də məlumat verilib.Həmçinin, bu il martın 1-dən qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsindəki yeniliklər haqqında da izahedici söhbət aparılıb, suallar cavablandırılıb.Sonra səyyar xidmət göstərilib. Səyyar xidmətin imkanlarından müraciət edən 135-dən çox şəxs istifadə edib. Onlardan 26 nəfərindən vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması, əcnəbi və ya vətəndaşlığı olmayan 4 nəfərdən müvəqqəti yaşama icazələrinin verilməsi ilə bağlı sənədlər qəbul olunub. 21 şəxsə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 54 nəfərə vətəndaşlıq mənsubiyyətinin müəyyən olunması ilə bağlı arayışlar verilib. 30-dan çox şəxsə isə DMX-nin funksyalarına aid olan xidmətlərlə bağlı müraciət etmək üçün qanunvericiliyə uyğun sənədlərin siyahısı təqdim olunub. Müraciət edənlər görüşə və səyyar xidmətin təşkilinə görə minnətdarlıqlarını ifadə ediblər.Mariya Maspaxova bildirib ki, "Rusiyadan gəlmişəm. Qusar şəhərində yaşayıram. Oğlum məktəblidir. Onun üçün vəsiqə almalıyıq. Dövlət Miqrasiya Xidmətinə təşəkkürümüzü bildirirəm ki, bizim şəhərə gəlib bizə yerindəcə xidmət göstərirlər".Niftəli Fərzəliyev də qeyd edib ki, "Qusar sərhəd rayonudur. Rayonda yaşayan, qonaq gələn əcnəbilərə xidmət göstərilməsi üçün Dövlət Miqrasiya Xidmətinin Qusar şəhərində təşkil etdiyi həm maarifləndirmə tədbirinə, həm də səyyar xidmətə görə öz minnətdarlığımızı bildiririk. Çünki, işimizi çox-çox asanlaşdırdılar".






Sizin Reklam Yeriniz