Əlaqə Arxiv
news Image
2016.04.11
14:45
| A A A
Valideynlərində QİÇS aşkarlandı, uşaqlarda isə...Özəl

Bu ilin mart ayı ərzində nikaha daxil olmaq üçün tibbi müayinədən keçənlərdən 5 nəfər təhlükəli xəstəlik olan QİÇS aşkarlanıb. Bu barədə məlumatı Movqe.az-a Respublika QİCS-lə Mübarizə Mərkəzinin Epidemioloji Nəzarət və Profilaktika şöbəsinin müdiri Afət Nəzərli verib. A. Nəzərli bildirib ki, həmin 5 nəfərdən 4-ü kişi, 1-i qadındır: Onlardan 3- nəfəri QİCS-lə Mübarizə Mərkəzində əvvəlki illərdə qeydiyyatda olan şəxslərdir. 1 nəfər isə yeni qeydiyyata götürülüb, ailə qurub. Bir Almaniya vətəndaşında isə nikaha daxil olmaq alınmayıb. Onlardan biri 2015-ci ildə qeydiyyata alınan qadın, 2-i siə 2013-2003-cü ildə qeydiyyata alınan kişilərdir. Həmin şəxslər ailə qursa da, uşaqlarında bu xəstəlik aşkarlanmayıb".

A. Nəzərli deyib ki, ümumiyyətlə, QİÇS virusuna yoluxmuş şəxslərin nikahından dünyaya gələn heç bir uşaqda indiyədək bu xəstəliyin müsbət olduğu üzə çıxmayıb. Şöbə müdiri bunun səbəbini belə izah edib: "Belə məlum  olub ki, QİÇS virusu aşkarlanan şəxslərin çoxu, ailə qurduqdan, uşaq sahibi olduqdan sonra bu virusa yoluxublar". 

Həmsöhbətimiz bildirib ki, hazırda QİÇS virusuna yoluxmuş şəxslər arasında bu virusu öz həyat yoldaşına, cinsi partnyoruna ötürməyənlər də var: "Bu xəstəliyin adı gələn kimi, hər kəs elə bilir ki, kim QİÇS virusuna yoluxmuş şəxslə ailə qursa bu xəstəlik dərhal ona keçəcək. Reallıqda isə bizim Mərkəzdə qeydiyyatda olub müalicə olunan xəstələr var ki, bu xəstəlik uzun müddətdir onların həyat yoldaşına keçməyib. Biz hər ehtimala qarşı onlara cinsi münasibət zamanı prezervativdən (qoruyucu) istifadəni tövsiyyə edirik. Onlar isə hər dəfə bizə müayinə üçün müraciət etdikdə, xəstəlik qarşı tərəfdə mənfi çıxdıqda təəccüblənirlər. Çoxu deyir ki, biz cinsi münasibətdə prezervativdən istifadə etmirik, amma bu virus qarşı tərəfə də keçmir. Əlbəttə bu mümkündür. HİV-infeksiyasının müalicəsi üçün "antiretrovirus - ARV" adlanan və insanın immunçatışmazlığı virusunun çoxalmasının qarşısını alan spesifik virusəleyhinə preparatlar istifadə olunur. Bu preparatlar HİV reseptorlarını və fermentlərini blokada edərək, virusun çoxalmasına mane olurlar. ARV-preparatları ilə müalicəyə "antiretrovirus terapiyası" (ARV-terapiya) deyilir. ARV-terapiya HİV-infeksiyasından tam sağalmanı təmin etməsə də, virusun kəskin surətdə azalmasına səbəb olur. Preparatların təsirinin nəticəsində müalicənin ilk aylarında virus yükü kəskin surətdə azalır, hətta müəyyən edilməyən miqdara qədər. Uzun müddətli və düzgün aparılan müalicə zamanı immun status göstəriciləri yaxşılaşır. Biz, QİÇS virusu aşkarlanan şəxs ailə qurarkən ilk 6 ayı ona mütləq şəkildə prezervativdən istifadəni tövsiyyə edirik. Hər şey immun sisteminin güclü olmasından asılıdır. İmmun sistemi güclü olduqda, müalicə də çox yaxşı təsir göstərir". 

Sizin Reklam Yeriniz