Əlaqə Arxiv
news Image
2016.04.11
15:10
| A A A
ADNSU kollektivi Şəhidlər Xiyabanını ziyarə edib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin çoxsaylı kollektivi, başda rektor Mustafa Babanlı olmaqla müəllim və tələbələr aprelin 10-da Şəhidlər Xiyabanını ziyarət ediblər.Cəbhənin təmas xəttində erməni təxribatına layiqli cavab verərkən şəhadət qazanan Şəhidlərimizin ruhu bu dəfə Şəhidlər xiyabanında uyuyan şəhidlərimizlə birgə anılıb. Müəllim və tələbələrimiz məzarların qarşısına qərənfillər düzüb, şəhidlərin ruhuna dualar oxuyublar. Rektor Mustafa Babanlı bildirib ki, bu qədər Şəhid verməyi bacaran torpaq heç bir zaman işğal altında qala bilməz. Şəhidlər heç vaxt unidulmayacaq və onların xatirəsi əbədi məşəl kimi ürəklərdə yanacaq.

Allah Şəhidlərimizə rəhmət eləsin!

Sizin Reklam Yeriniz