65.000 imza toplanıb - Sən də səs ver!
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına
Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-dan "Ədalətin bərqərar
olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı
petisiya layihəsinin icrasına start verib.
Layihə çərçivəsində Ağ Ev
Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan
Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə
müraciət açılıb. Müraciətdə Avropa
Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində
vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin
Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın
Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz
olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən
dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş
ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun
humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə
çatdırılır. Həmçinin Administrasiyaya
AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Ermənistan
tərəfindən işğal edilmiş torpaqlarımızın azad edilməsinə və bölgədə
humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün
çağırış edilir. Qaydalara görə,
petisiyaya cavab verilməsi üçün bir ay ərzində müraciəti ən azı 100
min nəfərin (elektron) imzalaması lazımdır. Petisiyanı 13 yaşdan
yuxarı şəxslər imzalaya bilərlər. AVCİYA bütün dünya azərbaycanlılarının, eləcə də türk
dünyasının bu petisiya barədə məlumatlandırılması məqsədilə geniş
təbliğat kampaniyasına başlayıb. Kampaniya çərçivəsində ay ərzində
çoxsaylı aksiya və görüşlərin keçirilməsi, məlumatlandırıcı
materialların paylanılması və s. bu kimi fəaliyyətlərin icra
edilməsi planlaşdırılır.
Səs vermək üçün BURA daxil olun.
Petisiyanın imzalanması qaydalarını təqdim edirik:
Səs vermək üçün BURA daxil olun.
Petisiyanın imzalanması qaydalarını təqdim edirik: