Əlaqə Arxiv
news Image
2016.04.12
15:50
| A A A
AVCİYA Qarabağın azad olunması ilə bağlı petisiyaya imzatoplama kampaniyasını davam etdirir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu gün Obama Administrasiyasına Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə petisiya layihəsi çərçivəsində Azərbaycan Neft Sənayesi Universitetinin tələbələri ilə görüşüb.

Movqe.az-ın məlumatına görə, görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının professoru Ramiz Sevdimalıyev Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin yubanması barədə danışdı.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə təraflı danışan R.Sevdimalıyev bildirdi ki, Ermənistan iddia edir ki, guya Azərbaycan torpaqlarını onlar işğal etməyib, "Dağlıq Qarabağ camaatı" torpaqlarının müdafiəsinə qalxıb: "Amma əslində, Dağlıq Qarabağ əhalisi azərbaycanlılar, ruslar və ermənilərdən və etniklərdən ibarət olub. Ermənilər azərbaycanlılara qarşı təxribatlar törədərək Dağlıq Qarabağdan çıxarıblar".

R.Sevdimalıyev qeyd edib ki, 1997-ci ildən ATƏT-in Minsk Qrupu problemin həllinə çalışsa da, bu günə qədər heç bir nəticə əldə erməyib: "Azərbaycan daim problemin sülh yolu ilə həllinə çalışsa da, qarşı tərəf bu yoldan yayınmaqla vaxt udmaq istəyir. Aprel ayının əvvəllərində cəbhədə baş verən hadisələr isə bir daha sübut etdi ki, Azərbaycan hər an torpaqlarını hərb yolu ilə azad edə bilər".

Tədbirdə çıxış edən AVCİYA əməkdaşı Rauf Məmmədov isə bildirib ki, petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.

Səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Səsvermədə iştirak edənlər AVCİYA-nın ABŞ Prezidentinə etdiyi müraciətə qoşulur, Azərbaycanın haqq səsini dəstəkləyir, Vətən qarşısında öz borcunu yerinə yetirir.

Müraciətə qoşulanlar Obama Administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar.

Müraciətin imzatoplama kampaniyası mayın 5-dək davam edəcək.

Sizin Reklam Yeriniz