Əlaqə Arxiv
news Image
2016.04.12
20:30
| A A A
Rektor şagirdlərlə görüşüb

Aprelin 12-də Şüvəlan qəsəbəsində yerləşən A.S.Makarenko adına Respublika Humanitar Fənlər Təmayüllü liseyin 18 nəfərdən ibarət şagirdi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) ekskursiya edib. İlk şagirdlərin universitetə olan bu səfəri aprel ayından başlayaraq ADNSU-nun orta məktəb və liseylərdə ali təhsil müəssisəsi ilə bağlı təbliğatın aparılması layihəsi çərçivəsində baş tutub. Layihənin ideyasında universiteti şagirdlərə tanıtmaqla yanaşı, gələcəyin tələbələri ilə universitet arasında qırılmaz bağların, əməkdaşlıq əlaqələrinin yaradılmasına xidmət etmək durur. Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və aktiv tələbələrin müşaiyəti ilə ADNSU-nun balaca dostlarına universitetin Tarix muzeyi, Heydər Əliyev lektoriyası, laboratoriyalar və digər maraqlı guşələri göstərilib. Şagirdlər ali təhsil müəssisəsi ilə tanışlıq zamanı öz heyranlıqlarını gizlətməyiblər. Sonda universitetin rektoru Mustafa Babanlı gələcəyin tələbələrini qəbul edib və bu görüşdən çox böyük məmnunluq keçirdiyini ifadə edib. O, balaca dostlara universitetin tarixi, neft istehsalı və sənayesinə verdiyi töhfələrdən, yüksək nüfuza malik ixtisaslı kadrların hazırlanmasında malik olduğu potensial və təcrübələrdən söz açıb. O, universitetin müəyyən dövrlərdə adının bir neçə dəfə dəyişdirilməsi və aparılan son islahatlar, fakültələr, kafedralar, ixtisaslar, universitetdə təhsildə yaranan şəffaf mühit, müəllim-tələbə, tələbə-rektor münasibətlərində aydınlığın yaradılması və aparılan işlər sayəsində universitetin malik olduğu yüksək nüfuzunun özünə qaytarılması potensialının inkişaf etdirilməsinə təkan verildiyini qeyd edib. Eləcə də tələbələrin asudə vaxtlarnı səmərəli təşkil etmək üçün müəyyən klub və teatrların, rəqs ansamblının fəaliyyətindən söz açılıb. Ümumilikdə, şagirdlər bu gün universitetdə gedən yeniliklər, tələbələrin dərsə, imtahana yanaşması, müəllimlərin tələbəyə münasibəti, bir sözlə universitetdə gedən proselərlə bağlı şagirdləri məlumatlandırıb. Şagirdlər də öz növbələrində rektora çoxsaylı suallar ünvanlayıblar. Suallar tələbələrin təhsili və öz ixtisaslarına uyğyn işlə təminatından tutmuş, xarici tələbələrə münasibət və tələbələrin yataqxana ilə təmin olunması məsələləri ilə bağlı olub. Rektor hər bir sualı ərtaflı şəkildə cavablandırıb və ADNSU-da təhsil alan hər bir gənc üçün bütün mütərəqqi imkanların yaradıldığını qeyd edib. Sonra şagirdlər rektorla xatirə şəkli çəkdiriblər.

Sizin Reklam Yeriniz