Ailə-məişət
zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən
biri də əxlaqsızlıqdır.Movqe.az-ın məlumatına görə, bunu Ombudsman
Elmira Süleymanova aprelin 13-də Milli Məclisdə (MM) təşkil olunmuş
"Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə
çıxışı zamanı deyib.Bunu çox ciddi problem sayan ombudsman ona
təəssüfləndiyini də söyləyib.Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Omdudsmanın bu
fikirləri ilə razılşmayıb: "Elmira xanım, bu fikirlərinizlə
insanların ürəyinə qorxu salırsınız. Düzdür, bizdə əxlaqsızlıq
yuvaları var. Bunlar dünyanın hər yerində mövcuddur. Amma onlar
bizdə o qədər də çox deyil. Həm də müvafiq nazirliklərimiz, eləcə
də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparırlar".