Əlaqə Arxiv
news Image
2016.04.13
14:27
| A A A
Hicran Hüseynova: Azərbaycanda uşaq psixoloqlarına çox böyük ehtiyac var

Azərbaycanda uşaq psixoloqlarına çox böyük ehtiyac var. Ona görə də bu işə çox ciddi yanaşmaq lazımdır.Movqe.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.


Onun sözlərinə görə, məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.


H.Hüseynova əvvəllər məktəblərdə psixoloqların uşaqlarla işlədiyini də nəzərə çatdırıb: "Bəzən görürsən ki, uşağın 1-2-ci sinifdə psixoloji vəziyyəti normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir. Bu isə o deməkdir ki, ya onun ailə problemi var, ya təhsilində nə isə problem var, ya da uşaq sinifdə özünə yer tapa, digər uşaqlarla ünsiyyət yarada bilmir. Həmin dövrdə istər valideynlər, istərsə də müəllimlər vaxtında vəziyyətlə maraqlanaraq ona öz təsirini göstərməlidirlər. Bu, çox vacib məsələdir. Buna çox böyük diqqətlə yanaşmaq lazımdır. Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişiklikləri özünü göstərir. Elə dövrlər olur ki, uşaq yaxşı qiymət almır, müəlliminə elə şeylər deməyə başlayır ki. Araşdırılanda məlum olur ki, bu, uşağın müəlliminə qarşı acığı idi. Belə hallar da olur. Bizim uşaqlar indi xüsusilə xarici filmlərə çox baxırlar. Buradan özlərinə nümunə götürüb onları reallaşdırmağa başlayırlar".


H.Hüseynova deyib ki, rayon icra hakimiyyətlərindəki yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar da uşaqlarla çox güclü işləməlidirlər: "Gözləməməliyik ki, bir hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcək. İnsanlarla danışmaq, görüşmək lazımdır".

Sizin Reklam Yeriniz