Əlaqə Arxiv
news Image
2016.04.13
14:50
| A A A
Kür və Araz çaylarında biogen maddələrin miqdarı təhlükədən xəbər verirmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə aprel ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Departamentdən Movqe.az-a verilən məlumata görə, aprel ayının I ongünlüyündə Kür çayında suyun sərfi mart ayının III ongünlüyünə nisbətən 34 m3/san artaraq 268 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.


Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.4, Ağstafaçayda 3.1, Ağstafaçay su anbarında isə 3.5 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.


Aprel ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, fenollar Araz çayı üzrə Horadizdə 3.2, I Şahsevən və Bəhramtəpədə isə 3 dəfə YVQH-ni keçib.


Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.


Suyun oksigen rejimi bütün məntəqələrdə 5.97-6.61 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Sizin Reklam Yeriniz