Əlaqə Arxiv
news Image
2016.04.13
14:55
| A A A
"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılacaq

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılacaq.Movqe.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.Onun sözlərinə görə, "Reprodiktiv sağlamlıq haqqında"" qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəbdən daha çox subyektiv səbəb mane olur: "Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Layihədə nəzərdə tutulan ekstrokorporal mayalanma həm Səudiyyə Ərəbistanda, həm də İranda var. Bizdə niyə olmasın?! Biz narazı məqamlarla bağlı qanunun əleyhinə olan qurumlar, xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanlar İdarəsində və digər qurumlarda görüşlər keçirərək həmin məsələləri birgə müzakirə etdik. Onlar görüşlərin yekunu olaraq bizə bildirdilər ki, məsələnin əsl mahiyyəti bizə izah olunmayıb. Ona görə də qanun layihəsində nəzərdə tutulan məsələləri heç də İslama zidd olan məsələ kimi qəbul etmək olmaz. Artıq həm Dini Qurumlarla İş üzrə dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsi qanun layihəsinə razılığını verib. Spiker Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan o, yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq".(trend)

Sizin Reklam Yeriniz