Əlaqə Arxiv
news Image
2016.04.13
15:46
| A A A
"Azercell"in prezidenti: "Xidmətimizin səviyyəsi "Formula-1" yarışı kimi sürətli olacaq"

Azərbaycanda yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi zamanı "Azercell" şirkəti beynəlxalq standartlara uyğun olaraq yüksək keyfiyyətli mobil rabitə xidmətləri təklif edib.Movqe.az xəbər verir ki, bunu şirkətin prezidenti Vahid Mürsəliyev deyib.Buna misal olaraq, V. Mürsəliyev 2012-ci ildə Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsi və 2015-ci ildə təşkil olunan I Avropa oyunları zamanı mobil operatorun göstərdiyi yüksək keyfiyyətli xidmətləri göstərib."Təbii ki, Bakıda keçiriləcək "Formula-1" yarışları zamanı "Azercell"in uğurlu təcrübəsi daha da genişlənəcək və inkişaf edəcək. Hesab edirəm ki, "Azercell" "Formula-1" yarışları zamanı mobil rabitə xidmətlərini yüksək səviyyədə göstərəcək. Bizim əsas məqsədimiz və prioritetimiz etibarlı, güclü şəbəkəyə malik olmaqdır. Şirkətimiz ölkənin qeyri-neft sektorunun əsas investorlarından sayılır. 2015-ci ildə "Azercell" Azərbaycanda telekommunikasiya sektorunun inkişafına 68 milyon manat vəsait yatırıb. Bundan başqa, "Azercell" texniki nailiyyətlər sahəsində əsas şirkətlərdəndir. Hazırda "Azercell" ölkədə və regionda ilk və ən böyük LTE şəbəkəsinə (4G) malik şirkətdir. Xidmətlərimizin səviyyəsi "Formula-1" yarışı kimi sürətli olacaq", - deyə şirkətin prezidenti qeyd edib.

Sizin Reklam Yeriniz