Əlaqə Arxiv
news Image
2016.04.15
15:23
| A A A
Prezident İlham Əliyev ölkədə tikinti bumunu bərpa etdi

"Yalnız dahi dövlət rəhbəri dünyada mövcud olan maliyyə-iqtisadi böhranı zamanı öz ölkəsinin tikinti sektorunu inkişaf etdirməyə qadirdir. Bu səyləri biz bu gün Azərbaycanda görürük. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən bu gün ölkəmizin bütün bölgələrində oldğu kimi Səbail rayonunda mənzil tikintisi ilə bağlı yerli sahibkarlar tərəfindən yeni layihələrə başlanıb və artıq ilk nəticələr vardır".



Bu sözləri Səbail Rayon İcra 

H

akimiyyətində 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş yığıncaqdakı çıxışında Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov demişdir. O, qeyd etmişdir ki, artıq bu istiqamətdə xeyli iş görülüb, 9-dan çox layihəyə baxılaraq təsdiq olunub və bu prosses davam edir. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. Bu işlərin həyata keçirilməsi ilə bir sıra istehsal sahələrinin bu layihələrə cəlb olunması, yeni iş yerlərinin açılması və ən əsası sakinlərimizin işlə təminatı məsələləri öz həllini tapacaqdır. Bildirildi ki, artıq tikinti sektorundakı işlərə maraq xeyli artmışdır. Bu da ölkədə gedən islahatlarla birbaşa bağlıdır.


Toplantının əvvəlində aprel ayının ilk günlərində cəbhənin təmas xəttində ermənilərin silahlı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin əsas məqamlarına toxundu. Qeyd olundu ki, iclasda son günlərdə təmas xəttində fəallaşan erməni təxribatlarına ordumuz tərəfindən layiqli cavab verilmişdir. Cənab Prezident bu prossesin ən dərin qatlarını, görünməyən tərəflərini müfəssəl təhlil etdi və ən obyektiv təəssüratları öz vətəndaşlarımızla yanaşı dünya birliyinə də çatdırmışdır. Bildirilmişdir ki, əldə olunmuş hərbi-siyasi uğur böyük əks-səda doğurmuş, əhalinin bütün təbəqələri, xüsusilə də gənclər arasında rəğbətlə qarşılanmışdır. Ölkə əhalisinin öz Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanı olan cənab İlham Əliyevə olan inamını daha da artırmış və möhkəmləndirmişdir.


Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev qeyd etmişdir ki, cari ilin ilk 3 ayı ərzində Səbail rayonu üzrə iri sənaye müəssisələri tərəfindən 4 milyard 220,2 milyon manatlıq məhsul istehsal edilmiş ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18,8 faiz çoxdur. İri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 77.5 milyon manat, Rabitə müəssisələri tərəfindən görülmüş iş və ximətlərin dəyəri isə 29.9 milyon manat olmuşur.


Rüb ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 267.4 milyon manat, və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 47.1 faiz çox olmuş, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1462.7


milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 44.3 faiz çox olmuşdur .


3 ay ərzində Səbail rayonda 777 yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin oktyabrindan bu günə kimi rayonda 47670–i daimi olmaqla 51138 yeni iş yerləri acilmişdir.


RİH tərəfindən Badamdar qəsəbəsində yeni "Abad məhəllə" istifadəyə verilmiş, "Şıx" ərazisindəki dağ massivində 50 ha sahədə "Ekoloji park"ın yaradılması işləri davam edir. Hazırda bu ərazidə 50 min ədəd ağac əkilib və onlara gündəlik qulluq göstərilir.


Hazırda Dövlət Proqramına uyğun olaraq Badamdar qəsəbəsində 3 ədəd yeni su anbarlarının tikintisi və qəsəbədə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam edir.


Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən 30-dan çox tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, bu zaman gənclərin vətənvərvər tərbiyəsinin möhkəmləndirilməsi istiqamətindəki tədbirlər çoxluq təşkil etmişdir.


İclasda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail Rayon İdarəsinin rəisi, polkovnik Polad İbrahimov, Səbail Rayon MKTB-nin rəisi Səmədağa Aslanov, Səbail Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, 7 saylı orta məktəbin direktoru Könül Həsənova, 2 saylı SƏİD-in rəisi Rüfət Əhmədzadə, Səbail Rayon Sukanal İdarəsinin rəisi Rauf Osmanov və başqaları çıxış etmişlər.


İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunmuşdur.

Sizin Reklam Yeriniz