Əlaqə Arxiv
news Image
2016.04.15
17:50
| A A A
Xanlar Vəliyev: Ermənilər mülki əhaliyə qarşı zorakılıq, döyüş meydanındakı meyitlərə hörmətsizlik ediblər

Erməni silahlı birləşmələri aprelin 2-dən 5-dək cəbhə bölgəsində törətdiyi təxribat zamanı döyüş meydanında qalmış meyitlərə qarşı zorakılıq və hörmətsizlik ediblər.Movqe.az-ın trend-ə istinadən məlumatına görə, bunu aprelin 15-də Müdafiə Nazirliyində Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan Baş prokurorunun müavini - Azərbaycanın Hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.X.Vəliyev Ermənistan hakimiyyətində təmsil olunan şəxslərin Azərbaycan torpaqlarının işğalında və törədilən ağır cinayətlərdə iştirakı, son döyüş əməliyyatları zamanı erməni hərbçilərin silahlı münaqişələr hüququnu pozaraq azərbaycanlı mülki əhaliyə qarşı zorakılığı, döyüş meydanında qalmış meyitlərə olan hörmətsizlik, o cümlədən digər fakt və dəlilləri qonaqların diqqətinə çatdırıb.

Sizin Reklam Yeriniz