Əlaqə Arxiv
news Image
2016.04.19
16:26
| A A A
Təhsil Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilib

Təhsil Nazirliyinin Kollegiyasının tərkibində dəyişiklik edilib.Movqe.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında" qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Dəyişiklik Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin dəyişməsi ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Adi Məclisinin sədri Vasif Talıbovun 17 fevral 2016-cı il tarixli sərəncamı ilə Piri Nağıyev Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib və bu vəzifəyə Məmməd Qəribov təyin edilib. Bununla əlaqədar P. Nağıyev Təhsil Nazirliyinin Kollegiyasının üzvlüyündən çıxarılıb, onu M. Qəribov əvəzləyib. 

Sizin Reklam Yeriniz