Əlaqə Arxiv
news Image
2016.04.26
11:00
| A A A
İcra başçısı: Erməni təxribatı nəticəsində Tərtərdə ziyan çəkən 20 evdən 4-ü şəhər mərkəzindədir

Ötən gecə erməni silahlı birləşmələri Tərtər rayonunun təmas xəttindəki kəndləri ilə yanaşı, şəhərin mərkəzini də ağır artilleriyalardan atəşə tutub.


Movqe.az bildirir ki, bu barədə  Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.


İcra başçısı bildirib ki, ermənilərin təxribatı nəticəsində rayonun 20 fərdi yaşayış evi zərər çəkib: "Həmin evlərdən 16-ı təmas xəttindəki kəndlərdə, 4-ü isə şəhər ərazisindədir. Evlərdən biri tam dağılıb".


M.Məmmədov deyib ki, hazırda rayon ərazisində tam sakitlikdir, düşməncavab atəşi ilə susdurulub və geri çəkiliblər: "Hazırda rayonda həyat öz axarı ilə davam edir, hamı öz gündəlik işindədir. Şəhərin əsas küçə və prospeklərində abadlıq işləri görülür".trend

Sizin Reklam Yeriniz