Əlaqə Arxiv
news Image
2016.04.26
15:53
| A A A
Tolerantlıqda nümunəyik....

İki gündür ki, BMT-nin Sivilizasiyalararası Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu öz işinə başlayıb. Bu Formun məhz Bakıda keçirilməsinin səbəbi isə Azərbaycanın bir neçə dəfə  beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizin  multikultralizm modelinin dünyada tanınmasıdır. Elə ekspertlər də, Movqe.az-a açıqlamalarında BTM-nin belə bir beynəlxalq tədbirin keçirilməsində məkan olaraq Azərbaycanı seçməsinin heç də təsadüfi olmadığını söyləyirlər. Millət vəkili Fazil Mustafa deyir ki, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçirilməsi böyük əhəmiyyət kəsb edir: "Bakının bu tədbirə ev sahibliyi etməsi əlbəttə ki, təsadüfi deyil. BMT-nin bu Formu Bakıya həvalə etməsinin səbəbləri çoxdur. Bu tarixi hadisə ondan xəbər verir ki, artıq Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib. Bakı tolerantlıq məkanı olaraq bu tədbirlərdə ev sahibi kimi seçilir. Elə əvvəldən də Bakı İslam mədəniyyətinin mərkəzi olub. Bu konfranslarda islam dinin daşıyıcıları və digər konsepsiyaların və təriqətlərin mənsubları qatılırlar. Artıq Azərbaycan dünyada tolerantlığın nümunəsi kimi məşhurlaşıb. Bütün bu amillər, BMT-nin Sivilizasiyalararası Alyansının 7-ci Qlobal Forumunun Azərbaycanda keçirilməsini şərtləndirən amillərdir".

F. Mustafa deyir ki, bu Formun keçirilməsi Azərbaycana       öz problemlərini dilə gətirərək qlobal arenaya çıxartmaq imkanı da verəcək. 

Millət vəkili Asim Mollazadə isə, bu Formun Bakıda keçirilməsi, Azərbaycana ilk növbədə ölkəmizin dəyərləri barədə dolğun məlumat vermək imkanı yaradacaq: "Bu Formun Azərbaycanda təşkil olunması bir daha sübut etdi ki, ölkəmizin uzun illərin sivilizasiya dialoqu təcrübəsi var. Hazırda dünyada ksenofobiya, islamafobiya mövcuddur. Bunlar müharibələrə, münaqişələrə yol açır. Ona görə də, dünyaya Azərbaycan kimi tolerantlıq ənənəsi olan ölkələrin nümunəsini göstərmək, tanıtmaq bu anlamda vacibdir. Bu fərqli adətlərə, fərqli mədəniyyətlərə, fərqli dinlərə aid insanların birgəyaşayışın ən işıqlı yoludur. Hansı ki, Azərbaycan çoxəsirlk tarixi boyunca bu yolu tutub".

A. Mollazadə deyir ki, bu səbəbdən də fərli mədəniyyətlərə, fərqli dinlərə sitayiş edən millətlər Azərbaycanın tutduğu yolu seçməlidirlər: "Çünki, bu yol, fərqli mədəniyyətlərin daşıyıcısı olan xalqların əməkdaşlıq yoludur. Artıq Azərbaycan bizim bölgəni müxtəlif xalqların əməkdaşlıq bölgəsinə çevirmək istəyir. Azərbaycanın bölgədə imza atdığı layihələr də, sabitlik, sülh yayır. Bunun üçün təkcə İpək Yolu, şimal-cənub dəhlizini misal çəkmək kifayətdir".

Deputat deyir ki, ölkəmiz, şərqdə tarixən liderliyi ilə seçilib: "Prezident İlham Əliyev tərəfindən 2016-ci ilin "Multikulturalizm ili" elan olunması ölkəmiz üçün çox böyük və tarixi əhəmiyyətə malikdir. Azərbaycan nadir ölkələrdəndir ki, bizdə Multukultralizm Mərkəzi fəaliyyət göstərir. Prezidentin bu sahədə xüsusi müşaviri təyin edilib. Azərbyacan dəfələrlə bu sahədə beynəlxalq tədbirlərin keçirildiyi məkan olub. Azərbaycanda heç vaxt antisemitizm əhvali-ruhiyyəsi olmayıb. 2009-cu ilin noyabr ayında dini dialoqun gücləndirilməsi üçün ölkəmizdə böyük bir tədbir keçirilib. Bundan bir il sonra isə dünya dini liderlərinin Bakı sammiti baş tutub. Bütün bunlar həm də Azərbaycanın sivilizasiyalararası dialoqun gücləndirilməsi işinə böyük töhfə verən tərəflərdən biri kimi çıxış etməsindən xəbər verir. Elə 2009-cu il Bakı İslam mədəniyyətinin paytaxtı seçildi. Həmin il ərzində bununla əlaqədar ölkəmizdə çoxsaylı tədbirlər keçirildi. Bundan sonra Bakıda keçirilən "Dövlət və din: Dəyişən dünyada tolerantlığın gücləndirilməsi" birinci Beynəlxalq Bakı Forumu yenidən dünyanın diqqətini Azərbaycana çevirdi. Bu gün isə, Azərbaycanda daha bir beynəlxalq tədbir keçirilir. Bu tədbirə gələnlər öz gözləri ilə bir daha şahidi olacaqlar ki, Azərbaycanda çoxəsirlik tolerantlıq ənənəsi var. Və başqa xalqların nümayəndələri, dini dözümlüyünə, multukultral ənənəsinə görə, dünyada örnək olan ölkəni, Azərbaycanı seçiblər.  Biz istəyirik ki, bu Forumla Azərbaycanın tolerantlıq modelini dünyaya bəyan edək. Axı bu tədbirə gələnlər, Azərbaycanda müxtəlif etnik xalqların, müxtəlif dinə sitayiş edən insanların birgəyaşayışını görənlər bu modeli öz ölkələrində də tətbiq etmək istəyəcəklər. Biz  bununla bu ənənəmizi dünyaya yaymış olacağıq. Azərbaycan bir daha təsdiqləyəcək ki, sivilizasiyaları xilas etməyin çıxış yolu birgəyaşayışdan, dini dözümlükdən keçir. Uzun illərdir Azərbaycanda bu ənənə yaşayır. Azərbaycanın haqqı var ki, bu ənənəni dünyaya yaysın. Bunda isə bu cür Forumların keçirilməsinin mühüm rolu var".


Sizin Reklam Yeriniz