Əlaqə Arxiv
news Image
2016.04.29
16:44
| A A A
Yaxşı bişməmiş ət qocalmanı sürətləndirə bilər

Alimlər apardıqları araşdırmalar nəticəsində yaxşı bişməmiş ətin həddən ziyadə istehlakı ilə  orqanizmdə fosfat zərdabının artması arasında əlaqə olduğu qənaətinə gəlmişlər. Şotland tədqiqatçıların "Qocalma" jurnalında dərc olunmuş məqaləsində sübut edilmişdir ki, bu qidanın çoxlu miqdarda qəbulu qanda hiperfosfatlaşmaya səbəb olur. Bu proses isə xərçəngin inkişafını sürətləndirir."The Qardiyan"da dərc olunmuş məqalədə göstərilir ki, bu hal böyrək çatışmazlığına, damarların vaxtsız qocalmasına, həmçinin ölüm riskinin artmasına təsir edir. Qlazqo universitetinin bir qrup alimi ən eksküliziv şəhərlərdə və çətin şəraitli rayonlarda insanların qida rasionunu təhlil edib. Məlum olub ki, keçmişdə yaxşı bişirilməmiş ətin qəbulu ilə pis qidalanma insanın bioloji yaşına əsaslı təsir edir. Herald Scotland yazır ki, Qlazqoda kasıblar varlılara nisbətən 11-14 il az yaşayırlar.


Sizin Reklam Yeriniz