Əlaqə Arxiv
news Image
2012.12.10
10:36
| A A A
Bu günə gözlənilən hava şəraiti

Movqe.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında dekabrın 10-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi güclənəcək, gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 5-8, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə isə dekabrın 10-da arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi, dağlıq rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Yaxın iki gündə qeyri-sabit hava şəraiti davam edəcək, yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Mülaym şimal küləyi arabir güclənəcək.

Sizin Reklam Yeriniz