Xətai rayonunda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
Təmir işləri ilə əlaqədar olaraq bu gün günorta saatlarından etibarən Xətai rayonu Telnov küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılır.
"Azəravtoyol" ASC-dən Movqe.az-a verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək tətbiq olunacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçməkləri tövsiyyə olunur.
"Azəravtoyol" ASC müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.