ARDNF Mərkəzi Banka 15 mln., 8 banka isə 34 mln. dollar satıb
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan Movqe.az-a verilən məlumata görə, bu vəsaitdən 34 milyon ABŞ dolları məbləğində vəsait 8 banka və 15 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.