Əlaqə Arxiv
news Image
2012.04.20
17:20
| A A A
GEOLOGİYA İNSTİTUTUNUN SON 20 İLDƏKİ UĞURLARI YENİ KİTABDA

"Geologiya İnstitutu Azərbaycanın müstəqilliyinin 20 ili ərzində" adlı kitab işıq üzü görüb. Respublikamızın müstəqilliyinin bərpasının 20-ci il dönümünə həsr olunmuş nəşrin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadədir. Kitab Azərbaycanda  geologiya elminin inkişaf tarixinin son 20 ildən ibarət mərhələsini əhatə edir. İnstitutda neft elminin "Əsrin müqaviləsi" ilə əlaqəli yüksəlişi, əvvəllər də mövcud olmuş xarici əlaqələrin müstəqilliyin bərpasından sonra daha uğurla inkişafı yeni nəşrdə geniş şərh olunur. Kitabda bu dövrdə aparılmış tədqiqatlar, yazılmış monoqrafiya və digər əsərlər, nəşr edilmiş xəritələr barədə məlumatlar qeyd olunan tarixçəni ətraflı izləməyə imkan verir. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə AMEA-da aparılan islahatlar və bu işlərdə Geologiya İnstitutunun təşəbbüskar rolu barədə səhifələr kitaba xüsusi diqqət çəkir. İnstitut kollektivini təltif edən Prezident sərəncamları, o cümlədən bir qrup əməkdaşın elm sahəsində ilk Dövlət mükafatına layiq görülməsi burada fəxrlə vurğulanır.

          Kitabın Azərbaycan, ingilis və rus dillərində yazılması Geologiya İnstitutunu yalnız yerli deyil, xarici alimlərə də tanıtmağı asanlaşdırır. Nəşr institutun "Nafta-Press" nəşriyyatında çap olunub.

Qeyd edək ki, məlumatı Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutunun mətbuat xidməti yaymışdır.

 

Türkan Nadirqızı

Mövqe.Az

 

Sizin Reklam Yeriniz