Ektopik hamiləlik nədir
Movqe.az immunitet.az-a istinadən bildirir
ki, mayalanmış yumurta hüceyrənin uşaqlıq boşluğundan kənarda
implantasiya olunaraq inkişaf etməsi ektopik (uşaqlıqdankənar)
hamiləlik adlanır. Ektopik hamiləlik ginekalofiyanın ciddi
problemlərindən biri sayılır. Ektopik hamiləlik abortların, qadın
cinsiyyət üzvlərinin iltihabi xəstəliklərinin, neyroendokrin
pozğunluqların, psixoemosional gərginliklərin, uşaqlıqdaxili
kontrasepsiya vasitələrinin istifadəsinin artması ilə
əlaqələndirilir. Uşaqlıqdankənar hamiləliyə məruz qalmış qadınlarda
növbəti hamiləliyin ektopik olacağı ehtimalı sağlam qadınlarla
müqayisədə 7-13 dəfə yüksəkdir. Uşaqlıqdankənar hamiləlik əsasən
23-40 yaşlı qadınlarda əksərən sağ boruda rast
gəlinir.
Ümumdünya Səhiyyə Təşkilatının təsnifatına əsasən, döl yumurtasının lokalıizasiyasına görə ektopik hamiləliyin aşağıdakı formaları ayırd edilir:
1. Boru hamiləliyi.
2. Yumurtalıq hamiləliyi.
3. Dəqiqləşdirilməmiş hamiləlik.
Nadir hallarda qarın boşluğu hamiləliyi də ayırd edilir. Bu hamiləlik lokalozasiyasına görə piylik, qaraciyər, oma-uşaqlıq bağı və s. ola bilir.