Ərdoğanın mətbuat katibi: Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər
Avropa ölkələri terrorçuluqla mübarizədə səmimi deyillər.
Movqe.az-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.
Onun sözlərinə görə, Avropa ölkələri sadəcə təəssüflərini bildirmək əvəzinə, terrorçuluqla mübarizədə Türkiyəyə real dəstək verməlidir: "Türkiyədəki son hadisələr göstərdi ki, Ankara terrorçulara güzəştə getməməlidir".