Əlaqə Arxiv
news Image
2012.12.18
10:00
| A A A
Səbail rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb

Həyətdə səkilərə aqlay vurulmuş, yeni bordyur daşları düzülmüşdür. Burada təmizlik işləri aparılmış, işıqlandırma məsələləri həll olunmuş, həyətə və ətraf əraziyə 3750 kv metr yeni asfatl örtüyü çəkilmişdir. Sakinlərin istirahəti üçün 1 ədəd geniş söhbətgah quraşdırılmış, burada yeni oturacaqlar, həyətə müasir dizaynlı skamyalar qoyulmuşdur. Söhbətgaha uzanan yola tamet daş döşənmişdir.

Həyətin uşaqları da yaddan çıxarılmamış, onların oynaması üçün bir neçə əyləncə qurğuları quraşdırılmışır.

Küçə tərəfdəki ağaclar budanmış, yeniləri əkilmiş, küçəyə yeni asfalt qatı salınmışdır. Binanın sakinləri görülən işlərin keyfiyyətindən razı qalmış, onlar üçün burada yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Sizin Reklam Yeriniz