Azərbaycanda zəlzələ oldu
Ötən gün axşam saatlarında Ağdaş rayonunda zəlzələ baş verib.
Movqe.az report-a istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla 22:47-də Mingəçevirdən 32 km şərqdə qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 22 kilometr olub. Zəlzələ hiss olunmayıb.