Əlaqə Arxiv
news Image
2016.07.01
13:39
| A A A
Zərdab aqrar sektorun inkişafında liderlər cərgəsinə yüksəlir
Kənd təsərrüfatının müxtəlif sahələri üzrə əldə olunan nəticələr dinamik inkişafın real göstəricisidir

Son illər qeyri-neft sektorunun inkişafı özünü aqrar sahədə aparılan islahatlarda da qabarıq şəkildə göstərir.  Aqrar sahə demək olar ki, bu gün ölkəmizdə qeyri-neft sektorunun avanqard istiqamətlərindən birinə çevrilib. Kənd təsərrüfatının inkişafı iqtisadi sahədə prioritet məsələlərdən sayılır. Hətta bu gün aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi də gündəmdədir. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı, eləcə də aqrar sahədə aparılan islahatlar, artıq öz müsbət nəticəsini verməkdədir.  Ölkəmizdə aqrar sahə özünün yeni  inkişaf dövrünü yaşayır. Bunu bölgələrimizin timsalında da görmək mümkündür. Bir neçə il öncə boş qalan sahələrdə bu gün pambıq yetişdirilir, taxıl əkilir, heyvandarlıq inkişaf etdirilir. Elə Zərdab rayonunda da aqrar sektorda inkişaf göz önündədir. Ölkə başçısı cənab ilham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin açılması, kənd təsərrüfatının, xüsusən pambıqçılığın, taxılçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Zərdab rayonunda xeyli iş görülüb. Zərdab Rayon İcra Hakimiyyətindən Movqe.az saytına verilən məlumata görə, cari ildə rayonda 1652,0 hektar sahədə taxıl, 195,0 hektarda kartof, 154,0 hektarda tərəvəz, 231,0 hektarda bostan,   454,0 hektarda qarğıdalı, 1136,0 hektarda təzə yonca, 65,0 hektarda çəltik, 0,5 hektarda Abşeron zəfəranı və s. bitkilər əkilib. 17287,0 hektar köhnə yonca sahəsindən məhsul götürülüb. Rayonda intensiv bağçılığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 20 hektar sahədə nar, 0,5 hektar sahədə xurma bağı salınıbdır. Bu ilin iyun ayının 30-a dək sahələrdən 3685 ton kartof (məhsuldarlıq 188.9 sentner), 1696 ton tərəvəz (məhsuldarlıq 110.1 sentner) yığılmış, meyvə bağlarından 564 ton meyvə tədarük olunub. Cari ilin məhsulu üçün rayonda 10665 hektar sahədə buğda, 6342 hektar sahədə arpa  əkilibdir. Sahələrdə bol məhsul yetişdirilibdir. İcra Hakimiyyətindən bildirilir ki, rayonda artıq arpa biçini başa çatdırılıbdır. Sahələrdən 18080 ton arpa götürülüb, hər hektardan məhsuldarlıq 28.5 sentner olubdur. Bu ayın sonunadək 10538 hektar buğda sahəsi biçilərək, 33617 ton məhsul əldə olunubdur. Hər hektardan məhsuldarlıq 31.9 sentner təşkil edibdir. Aldığımız məlumata görə, rayonda buğda biçini başa çatmaq üzrədir. Zərdab "ağ qızıl"ın yetişdirilməsi üzrə də bu il yüksək nəticə əldə edib. İcra Hakimiyyətindən verilən məlumata görə, bu il rayonda 874,0 hektar sahədə pambıq əkilibdir. Tarlalarda normal çıxış alınıbdır. Fermerlər tərəfindən "ÇTZ-Aqro" MMC ilə 310 hektar, "MKT İK" MMC ilə 460 hektar, "Zərdab-Pambıq" ATSC ilə 82 hektar pambıq əkini barədə müqavilə bağlanılaraq, 22 hektar sahədə isə fərdi qaydada pambıq əkilibdir. Hazırda sahələrdə kompleks becərmə işləri  davam etdirilir. Amma Zərdabda aqrar sahədə inkişaf bunlarla bitmir. Rayonda baramaqurdunun bəslənilməsi üçün tut ağaclarının əkin sahəsi və ağacların sayı barədə məlumatlar dəqiqləşdirilib. Ayrı-ayrı inzibati ərazilərdə bələdiyyə mülkiyyətində, vətəndaşlara məxsus pay və icarə torpaqlarının kənarlarında və həyətyanı sahələrdə yerləşməklə 18 hektara yaxın ərazidə 16322 ədəd tut ağacının olduğu müəyyən olunub. Rayon üzrə 20 qutu nəzərdə tutulduğu halda, 150 qutu (2850 qram) inkubasiya olunmuş barama qurdu toxumu Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilərək kümçülərə paylanılıb, kümçülərlə "Şəki-İpək" ASC arasında müqavilə  bağlanılıbdır. İpəkqurdunun bəslənilməsi normal şəraitdə aparılıbdır. Rayon üzrə 5710 kq yüksək keyfiyyətli barama yetişdirilərək dəyəri kümçülərə yerində ödənilməklə "Şəki-İpək" ASC-yə təhvil verilmişdir. 225  nəfər (75 müqaviləçi) rayon  sakini  bu istiqamətdə mövsümü işlərdə çalışıbdır. Amma Zərdab rayonu bu nəticələrlə kifayətlənmir, 2017-ci ildə bol barama məhsulu istehsal etmək üçün onun yem bazasını möhkəmləndirmək məqsədi ilə rayona 270 min ədəd ting verilməsinə köməklik göstərilməsi məqsədi ilə 01/428 nömrəli, 26.05.2016-cı il tarixli məktubla kənd təsərrüfatı naziri Heydər Əsədova müraciət edib. Zərdabda heyvandarlıq üzrə də artım var. İcra Hakimiyyətindən bildirdilər ki, rayonda cəmi mal-qaranın baş sayı 54463 baş,  ötən illə müqayisədə artım 214 baş olub. Qoyun-keçilərin baş sayı 113103 baş, ötən illə  müqayisədə artım 418 baş olub. Süd istehsalı 98865 sentner, öən illə müqayisədə artım 196 sentnerdi. Ət istehsalı 17449 sentner, ötən illə müqayisədə artım 36 sentner olub. Yumurta istehsalı isə 4291 min ədəd olub. Müqayisə üçün deyək ki, ötən ilə nisbətən artım 3000 ədəddir. Yun istehsalı isə 1558 sentner, ötən illə müqayisədə artım 3 sentnerdir. Bütün bu rəqəmlər isə Zərdabda aqrar sektorun inkişafının sözdə yox, əməldə göstəricisidir.


 


































































 


Sizin Reklam Yeriniz