Əlaqə Arxiv
news Image
2016.07.04
09:52
| A A A
Polis: Nyu-Yorkda baş verən partlayış terror aktı olmayıb

İyulun 3-də Nyu-Yorkda törədilən partlayışın beynəlxalq terrorizmlə əlaqəsi yoxdur.

Movqe.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Nyu-York polisinin nümayəndəsi bildirib.

 

"Baş vermiş insidenti terror aktı hesab etməyə əsas yoxdur", deyə polis rəsmisi qeyd edib.

 

Bununla belə, polis nümayəndəsi hadisə ilə əlaqədar digər detallara heç bir şərh verməyib.

 

CNN telekanalı öz mənbələrinə istinadən xəbər verib ki, Nyu-Yorkun Mərkəzi parkında əldəqayırma partlayıcı qurğu işə düşüb.

 

Hadisə nəticəsində hələ ki, adı açıqlanmayan gənc ağır xəsarət alıb. Onun ayağının amputasiya edildiyi bildirilir.

Sizin Reklam Yeriniz