Nizami rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq
Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir.
"Azərsu " ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən əmlumata görə, bununla əlaqədar 4 iyul tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu " ASC abonentlərdən üzr istəyir.