DİN Binəqədidəki partlayışla bağlı məlumat yaydı
![](http://de.azdesign.ws/photos/movqe/2016-07-06-14-29-13azerbaijan_mvd_180314.jpg)
Daxili İşlər Nazirliyi Binəqədi rayonu ərazisindəki "Golden Water" MMC-nin "Lider-Cola" istehsalat sexində baş vermi
ş partlayışla bağlı məlumat yayıb.
Movqe.az nazirliyin saytına istinadən xəbər verir ki, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus "Golden Water" MMC-nin "Lider-Cola" istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.
Bakıda "Lider Cola" şirkətində partlayış olub
Hadisə nəticəsində xəsarət alan olmayıb, 1500-2000 kv.m ərazisi,
hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri
sınıb, dam örtükləri yararsız hala düşüb.